Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 10:41
İran ABŞ və İsraillə müharibədən sonra Hörmüz boğazında gəmiçiliyi tənzimləmək üçün yeni qaydalar hazırlamağı planlaşdırır.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsinə deyib.
İran XİN rəhbərinin fikrincə, müharibə bitdikdən sonra Hörmüz boğazında gəmilərin hərəkətini tənzimləyən yeni mexanizmlər işlənib hazırlanmalıdır ki, gəmiçilik daimi və təhlükəsiz şəkildə təmin edilsin.
“Bu, aydın qaydalar əsasında, İranın və bütün regionun maraqları nəzərə alınmaqla həyata keçirilməlidir”, - nazir vurğulayıb.
O əlavə edib ki, boğazdakı təhlükəsizliyin təminatçıları onun hər iki tərəfində yerləşən ölkələr – İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri olmalıdır.
İlqar Xudiyev İran Hörmüz boğazı gəmiçiliK OMAN BƏƏ