İsraildə son sutkada İranın hücumları nəticəsində 192 nəfər xəsarət alıb

Tarix: 18 Mar 2026 11:31

İsraildə son sutkada İranın raket və dron hücumları nəticəsində xəsarət alan 192 nəfər xəstəxanaya yerləşdirilib.

“The Times of Israel” İsrailin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, onların əksəriyyətinin vəziyyəti yaxşıdır.

İranla müharibə başlayandan bəri ümumilikdə 3 727 nəfər xəstəxanalara yerləşdirilib, onların böyük hissəsi müalicə olunaraq evə buraxılıb.

Toğrul Quluzadə İsrail xəstəxana yaralı

Xəbər Lenti