SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

Tarix: 18 Mar 2026 15:26

İranın son hücumunda regiondakı bütün ABŞ hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub.

APA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, 62-ci hücum dalğasında ABŞ-ın hərbi obyektləri, həmçinin İsrail ordusunun Təl-Aviv, Hayfa və digər şəhərlərdəki toplanma məntəqələri və dəstək mərkəzləri hədəf alınıb.

Qeyd olunub ki, hücumlar çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə həyata keçirilib.

Toğrul Quluzadə İran SEPAH İsrail ABŞ

Xəbər Lenti