Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 14:57
İsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürüldüyünü rəsmən elan edib.
APA-nın xəbərinə görə, IDF-in açıqlamasında deyilir ki, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana hədəflənmiş zərbə nəticəsində İranın kəşfiyyat nazirini məhv edib.
Açıqlamada xatırladılıb ki, Xətib 2021-ci ildə Əli Xamenei tərəfindən kəşfiyyat naziri təyin edilib, rejiminin repressiyalarını və terror fəaliyyətlərini dəstəkləməkdə əsas rol oynayan İran kəşfiyyat Nazirliyinə nəzarət edib.
***
14:20
İranın kəşfiyyat (ETTELAAT) naziri Seyid İsmayıl Xətibi öldürülüb.
"Ynet" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
O, İranın kəşfiyyat nazirinin gecə saatlarında öldürülməsini rəsmi olaraq təsdiqləyib.
***
12:17
İsrail İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürməyə cəhd edib.
Bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) bu gecə Tehranda ETTELAAT rəhbərini evində hədəf alıb.
Onun taleyi məlum deyil.
İran tərəfdən rəsmi məlumat yoxdur.
İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib ETTELAAT IDF İsrail Müdafiə Qüvvələri