Qətər İsrailin İranın qaz yatağına hücumlarını "təhlükəli və məsuliyyətsiz" adlandırıb

Tarix: 18 Mar 2026 17:47

İran və Qətər tərəfindən birgə istismar edilən Cənub Pars qaz yatağına hücuma görə məsuliyyət İsrailin üzərinə düşür.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ənsari "X" səhifəsində bildirib.

Ənsari hücumu “regionda mövcud hərbi gərginlik fonunda təhlükəli və məsuliyyətsiz addım” adlandırıb: “Enerji infrastrukturlarının hədəf alınması qlobal enerji təhlükəsizliyi üçün, həmçinin region xalqları və ətraf mühit üçün ciddi təhdiddir”.

XİN rəsmisi bütün tərəfləri vacib obyektlərin hədəf alınmasından çəkinməyə, beynəlxalq hüquqa riayət etməyə və regionun təhlükəsizliyini və sabitliyini qoruyacaq şəkildə gərginliyi azaltmağa çağırıb.

İlqar Xudiyev İran qaz yatağı hücum İsrail Qətər

Xəbər Lenti