Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

Tarix: 18 Mar 2026 17:10

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

“APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bank tərəfindən məsafədən aparılmış nəzarət tədbirləri çərçivəsində “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın müvafiq tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 600 manat məbləğində cərimə edilib.

Eyni zamanda, sözügedən nöqsan və çatışmazlıqların şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

İlahə Səlimova cərimə vəzifəli şəxs

Xəbər Lenti