ABŞ-ın kəşfiyyat rəsmiləri Senatda İran müharibəsi ilə bağlı çıxış edir

Tarix: 18 Mar 2026 18:30

Bu gün ABŞ Senatının Kəşfiyyat Komitəsində dinləmələr keçirilir.

CBS-nin xəbərinə görə, dinləmələrdə Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard və digər yüksək səviyyəli kəşfiyyat rəsmilərinin İran müharibəsi və ölkə daxilində terror təhlükələri barədə çıxışı gözlənilir.

Bu, Tramp administrasiyasının yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri üçün Milli Antiterror Mərkəzinin rəhbəri Co Kentin istefasından sonra ilk ictimai çıxış olacaq.

Çıxış edəcək digər rəsmilər arasında Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Con Retklif, Federal Təhqiqat Bürosunun direktoru Kaş Patel, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Ulyam Hartman və Müdafiə Kəşfiyyat Agentliyinin direktoru Ceyms Adams yer alıb.

Dinləmələr zamanı xüsusilə ABŞ-ın köhnəlmiş kəşfiyyat məlumatlarına əsaslanaraq İranda bir ibtidai məktəbə atdığı raket zərbəsi nəticəsində 165-dən çox insanın həlak olması məsələsinin müzakirə edilməsi də gözlənilir.

Ağ Ev bildirir ki, hadisə hələ də araşdırılır.

Dinləmələr sabah Nümayəndələr Palatasında davam etdiriləcək.

Qeyd edək ki, Co Kent İrana qarşı müharibəni dəstəkləmədiyi üçün istefa verib.

İlqar Xudiyev ABŞ Senat dinləmələri İran müharibəsi

Xəbər Lenti