Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 17:59
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın İsfahandakı yeni nüvə zavodunun hazırkı vəziyyətindən xəbərsizdir.
“Reuters” xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
Qrossi Vaşinqtonda konfransda iştirak etdiyini və Tramp administrasiyasının rəsmiləri ilə görüşlər keçirdiyini deyib.
“Müəssisə yerin altındadır, amma biz hələ ora səfər etməmişik”, - o qeyd edib.
Qrossinin sözlərinə görə, AEBA müfəttişlərinin nüvə kompleksinə səfəri zavod 12 günlük müharibədə vurulduğu zaman ləğv olunub.
İran AEBA-nı bu yeni müəssisə barədə ötən ilin iyun ayında məlumatlandırıb.
İlqar Xudiyev İsfahan nüvə zavodu İran İsrail Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi Rafael Qrossi