AEBA: Buşehr AES-ə dəyən ziyan elə də ciddi deyil

Tarix: 18 Mar 2026 19:27

Buşehr nüvə obyektinə dəyən ziyan çox da ciddi deyil.

APA xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, AEBA İran və Rusiyadan obyektə dron hücumu nəticəsində ziyan dəyməsi ilə bağlı məlumat alıb.

Qrossinin sözlərinə görə, lakin dron əsas obyekti yox, onun ətrafını vurub və buna görə də içərisində laboratoriya olan bir binaya ziyan dəymiş ola bilər.

“Reaktorlara zərər dəyməyib və heç bir insan tələfatı da yoxdur. Nüvə obyektinə istənilən hücumdan yayınmaq lazımdır”, - baş direktor vurğulayıb.

O əlavə edib ki, agentliyin Buşehrə dəyən ziyanı hesablamaq fürsəti olmayıb.

Toğrul Quluzadə İran Qrossi AEBA nüvə Buşehr

Xəbər Lenti