Cümə axşamı, 19 Mart, 2026
Tarix: 18 Mar 2026 21:02
“ABŞ prezidenti Donald Tramp ölkəni uzunmüddətli hərbi münaqişələrə sürükləməkdə maraqlı deyil”.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
Onun sözlərinə görə, Tramp ABŞ-ın əvvəlki illərdə apardığı kimi uzunmüddətli, pat vəziyyətində olan müharibələrdən qaçmağa çalışır.
Vens onu da qeyd edib ki, Tramp qərarlar qəbul edərkən müxtəlif baxışlara diqqət yetirir və həm yüksək vəzifəli məmurların, həm də adi işçilərin fikirlərini dinləməyə hazırdır.