İsraildə son sutkada İranın hücumlarında 177 nəfər xəsarət alıb

Tarix: 19 Mar 2026 11:08

İsraildə son sutkada İranın raket və dron hücumlarında xəsarət alan 177 nəfər xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onların əksəriyyətinin səhhəti yaxşı qiymətləndirilir, bir nəfərin vəziyyəti isə kirtikdir.

Beləliklə, İranla müharibə başlayandan bəri İsraildə ümumilikdə 3 924 nəfər xəstəxanaya yerləşdirilib. Onların böyük hissəsi müalicə olunaraq evə buraxılıb, 74 nəfərin isə müalicəsi davam etdirilir.

Toğrul Quluzadə İsrail xəstəxana İran xəsarət

Xəbər Lenti