Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 11:02
İsrail ordusunun dünən Livanın cənubunda hərbi əməliyyatları zamanı 20-dən çox "Hizbullah" döyüşçüsü öldürülüb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlum yayıb.
Məlumata görə, "Hizbullah" döyüşçüləri Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində öldürülüb.
IDF sərhəddə "Hizbullah" təhlükəsini aradan qaldırmaq üçün Livanın cənubunda qoşunlarının sayını daha da artırmaq və bufer zonasını genişləndirmək məqsədilə hazırlıqlarını davam etdirir.
İlqar Xudiyev Livan hərbi əməliyyatlar İsrail Hizbullah