Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 11:47
Küveytdə neft emalı zavoduna dron hücumu olub.
KUNA agentliyi xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası məlumat yayıb.
Əl-Əhmadi limanında neft emalı zavoduna PUA zərbəsi nəticəsində yanğın baş verib.
“Əl-Əhmadi neft emalı zavodunun istehsal bölmələrindən birinə pilotsuz uçuş aparatı ilə hücum edilib, nəticədə yanğın baş verib, lakin heç kim xəsarət almayıb”, – korporasiyadan bildirilib.
İlqar Xudiyev Küveyt neft emalı zavodu dron hücumu