Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 13:55
Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə toplaşır.
APA Avropa İttifaqı Şurasına istinadən xəbər verir ki, 19-20 mart tarixlərində keçiriləcək iclasa Aİ Şurasının Prezidenti Antonio Koşta sədrlik edəcək.
Məlumata görə, görüşdə Yaxın Şərqdəki hərbi gərginlik və İrandakı vəziyyət, eləcə də bunların enerji qiymətləri və enerji təhlükəsizliyi baxımından Avropa İttifaqına təsirləri müzakirə olunacaq.
Eyni zamanda, Aİ-nin strateji rəqabət qabiliyyəti, növbəti uzunmüddətli maliyyə planı, təhlükəsizlik, müdafiə və miqrasiya məsələləri də gündəmdədir.
Liderlər Ukraynadakı son vəziyyəti və Rusiyaya təzyiqi artırmaq yollarını da müzakirə edəcəklər.
Məlumata görə, Aİ liderləri BMT Baş katibi Antonio Quterreş ilə dünyada pisləşən vəziyyəti, birgə əməkdaşlıq yollarını müzakirə edəcəklər.
İlqar Xudiyev Aİ Avropa Şurası BMT Avropa Sammiti Aİ liderləri Yaxın Şərq İran Rusiya Ukrayna