Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 18:49
“İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur və qəbuledilməzdir”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdurrəhman Əl Sani ilə Dohada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Nazir bildirib ki, bu hücumlar nə İranın, nə də regionun xeyrinədir.
“İrana edilən hücumlar necə yanlışdırsa, İranın da başqa ölkələrə hücum etməsi eyni dərəcədə yanlışdır. Bu cür addımlar gərginliyi artırır, münaqişəni daha da dərinləşdirir və bölgədə sülhə zərər verir”, - deyə o bildirib.
Dəryanur Cəfərova Hakan Fidan İran