Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 20:34
İsrailin İranda neft-qaz obyektlərinə zərbələr endirməsi dayandırıla bilər.
Sky News xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı jurnalistlərə açıqlamasında bildirib.
“Mən ona dedim ki, bunu bir daha etməsin və o da bunu etməyəcək”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ və İsrail müstəqil fəaliyyət göstərsə də, addımlarını koordinasiya edir.
“Bəzən o müəyyən addımlar atır və əgər bu mənim xoşuma gəlmirsə, biz bunu etmirik”, – deyə ABŞ prezidenti əlavə edib.
tramp netanyahu