Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 20:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
APA xəbər verir ki, liderlər Türkiyə-Pakistan ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyənin regionda sülh yönümlü səylərinin davam etdiyini və sabitliyin təmin olunması üçün addımlar atacağını bildirib.
O qeyd edib ki, Pakistanın təhlükəsizliyi Türkiyə üçün önəmlidir və davamlı sabitlik üçün birgə fəaliyyət davam etdiriləcək.
Telefon danışığı zamanı Əfqanıstandakı son vəziyyət də müzakirə olunub.
Dəryanur Cəfərova ərdoğan şahbaz şərif