İran Hayfa, Ben-Qurion hava limanı və ABŞ-ın 5-ci donanmasına zərbələr endirdiyini açıqlayıb

Tarix: 19 Mar 2026 22:41

İran martın 19-da İsrail və ABŞ hədəflərinə zərbələr endirdiyini bəyan edib.

APA xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi məlumat yayıb.

Qeyd edilib ki, “Doğru vəd-4” əməliyyatı çərçivəsində İsrailin mərkəzi və şimal bölgələrində yerləşən hədəflər, o cümlədən Ben-Qurion hava limanı vurulub.

“Zərbələr həmçinin Hayfa və Rişon-le-Sion şəhərlərində yerləşən neft emalı zavodlarına, qoşun toplanma məntəqələrinə və yanacaq təminatı obyektlərinə yönəldilib. ABŞ ordusunun 5-ci donanması da dəqiq zərbələrə məruz qalıb”, – deyə açıqlamada vurğulanıb.

iran israil

Xəbər Lenti