Cümə, 20 Mart, 2026
Tarix: 19 Mar 2026 22:18
Böyük Britaniyanın Baş naziri Kir Starmer Qətərə dəstəyin davam edəcəyini bildirib.
Bu barədə "Reuters" agentliyi Starmerin ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, o, bu fikirləri Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə telefon danışığı zamanı səsləndirib.
Starmer Qətərin enerji obyektlərinə endirilən İran zərbələrini pisləyib.
“Bu cür məsuliyyətsiz hücumlar regionu daha da dərin böhrana sürükləyə və bütün dünyada, o cümlədən Böyük Britaniyada hiss olunan ciddi iqtisadi nəticələri ağırlaşdıra bilər”, – deyə o bildirib.
Baş nazir əlavə edib ki, “Böyük Britaniya Qətəri və Fars körfəzindəki bütün müttəfiqlərini dəstəkləməyə davam edəcək”.
Starmer qətər iran