Cümə, 20 Mart, 2026
Tarix: 20 Mar 2026 07:20
Macarıstan Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qərarları dəstəkləməyəcək.
MTI agentliyi xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto seçicilərlə görüşündə bildirib.
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqından əlavə 5,5 milyard avro vəsait istəyib.
“Ukraynalılar əlavə 5,5 milyard avro tələb edir, lakin neft tədarükünü bərpa etmirlər. Biz tələb edirik ki, bunu etsinlər. Macarıstanı aldatmaq və şantaj etmək olmaz. Neft blokadası davam etdiyi müddətdə Brüsseldə Ukrayna üçün heç bir maliyyə qərarı qəbul edilməyəcək”, – deyə Siyarto qeyd edib.
siyarto mazarıstan ukrayna