Əraqçi Böyük Britaniyanı ABŞ və İsrailin “təcavüzündə” iştirakda ittiham edib

Tarix: 20 Mar 2026 17:24

İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı britaniyalı həmkarı İvett Kuperə bildirib ki, ABŞ-ın Böyük Britaniyadakı hərbi bazalardan istifadə etməsi İran İslam Respublikasına qarşı “təcavüzdə iştirak” kimi qiymətləndiriləcək.

Alarabiya-nın məlumatına görə, danışığın dəqiq nə vaxt baş verdiyi açıqlanmayıb.

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Əraqçi qeyd edib: “Bu cür addımlar şübhəsiz ki, təcavüzdə iştirak kimi qiymətləndiriləcək və iki ölkə arasındakı münasibətlər tarixində qeydə alınacaq.”

İran Abbas Əraqçi Böyük Britaniya İvett Kuper ABŞ İsrail diplomatiya təcavüz ittihamı beynəlxalq münasibətlər Yaxın Şərq

Xəbər Lenti