Polşa Aİ ölkələrində bağlanmış eynicinsli nikahları tanıyacaq

Tarix: 21 Mar 2026 11:46

Avropa İttifaqının digər ölkələrində bağlanmış eynicinsli nikahlar Polşada tanınacaq.

APA xəbər verir ki, bu barədə Polşa Ali İnzibati Məhkəməsi qərar qəbul edib.

Xatırladaq ki, 2025-ci ilin noyabrında Avropa Məhkəməsi qərar verib ki, belə nikahın qeydiyyatından imtina Avropa İttifaqı qanunvericiliyini pozur, sərbəst hərəkət və yaşayış hüququnu, həmçinin şəxsi və ailə həyatına hörmət hüququnu məhdudlaşdırır. Qərarda qeyd edilib ki, Aİ ölkələrinin birində qanuni əldə olunmuş ailə statusu bütün üzv dövlətlərdə tanınmalıdır.

Polşa Ali İnzibati Məhkəməsi hesab edib ki, eynicinsli şəxslərin nikahı barədə qeydin aparılması ölkənin hüquq qaydasının əsas prinsiplərinə təhlükə yaratmır. Həmçinin vurğulanıb ki, yerli qanunvericilik nikahı hələ də kişi ilə qadının ittifaqı kimi müəyyən etsə də, eynicinsli nikahların tanınması “milli kimliyə zidd deyil” və Polşanın ailə siyasəti sahəsində müstəqil qərarvermə səlahiyyətlərini məhdudlaşdırmır.

Qeyd edək ki, 40 minə yaxın Polşa vətəndaşının xaricdə eynicinsli nikah bağladığı ehtimal olunur.

Polşa eynicinsli nikahlar

Xəbər Lenti