Şənbə, 21 Mart, 2026
Tarix: 21 Mar 2026 12:39
ABŞ-ın neft sanksiyalarını bir aylıq ləğv etməsi nəticəsində İran 14 milyard dollar gəlir əldə edəcək. Bu barədə “Axios” məlumat yayıb. Qeyd edək ki, İran münaqişəsi səbəbilə Brent markalı xam neftin qiyməti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 60% artaraq barel üçün 110 dolları keçib və bu da bazarlarda çaxnaşmaya səbəb olub. ABŞ artıq gəmilərə yüklənmiş İran neftinin satışını 30 gün - 19 aprelə qədər sanksiyalardan azad edib. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, dünya bazarlarına cari təchizatı müvəqqəti olaraq açmaqla ABŞ qlobal bazarlara təxminən 140 milyon barel neft tədarük edəcək və beləliklə, ümumi enerji təchizatını artıracaq və İrandan müvəqqəti təchizat təzyiqlərini azaldacaq.
“Axios”un əməkdaşı Barak Ravid isə yazır ki, bu, ABŞ tərəfindən İrana edilən böyük maliyyə güzəştidir və 1996-cı ildən bəri ABŞ-ın İran neftini alması ilə bağlı ilk hal olacaq. Bütün bunlar isə İranla müharibənin qızğın dövründə baş verir.
ABŞ İran neft