Şənbə, 21 Mart, 2026
Tarix: 21 Mar 2026 15:12
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu gün İranın Natanz nüvə obyektinin ABŞ və İsrailin hücumuna məruz qalması barədə məlumatı araşdırır.
APA xəbər verir ki, bu barədə BAEA baş direktoru Rafael Qrossi X-da paylaşımında bildirib.
Rafael Qrossi nüvə qəzası riskinin qarşısını almaq üçün hərbi zərbələrdən yayınmağa çağırıb.
Qeyd edilib ki, nüvə obyektinin ətrafında radiasiya səviyyəsində artım qeydə alınmayıb.
***
saat 13.10
Bu gün səhər ABŞ və İsrail İranın Natanz şəhərində yerləşən nüvə obyektinə növbəti dəfə hava zərbəsi endirib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, nüvə obyektində radioaktiv maddələrin sızması qeydə alınmayıb, radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyət sabitdir və tam nəzarət altındadır.
Natanz nüvə obyekti