Şənbə, 21 Mart, 2026
Tarix: 21 Mar 2026 14:36
Bütün ermənilərin katolikosu II Qaregin Tbilisiyə səfər edərək Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün icazə ala bilməyib.
APA xəbər verir ki, bu barədə vəkil Ara Zohrabyan paylaşım edib.
Katolikosun dəftərxanası II İlyanın martın 22-nə planlaşdırılan matəm mərasimi və liturgiyada iştirak üçün dəvət alıb. Vəkil qonşu ölkədə matəm şəraitini nəzərə alaraq II Qareginin mərasimdə iştirakı üçün müvəqqəti ölkədən çıxışına icazə verilməsi ilə bağlı müraciət etsə də, bu tələb rədd olunub.
Bundan əvvəl, martın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, II Qareginin II İlyanın dəfnində iştirakı məsələsi müzakirə olunmur.
Xatırladaq ki, fevral ayında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub.
II Qaregin II İliya dəfn mərasimi Gürcüstan Ermənistan