Hakan Fidan: ABŞ, İsrail və İran arasında müharibə daha da uzana bilər

Tarix: 21 Mar 2026 17:46

ABŞ, İsrail və İran arasında müharibə daha da uzana bilər.

Türkiyə xarici işlər naziri Hakan Fidan bunu “Star” qəzetinə müsahibəsində bildirib.

Hakan Fidan qeyd edib ki, Körfəz ölkələri müharibənin daha iki-üç həftə davam edəcəyi qənaətindədir: “Burada müəyyənedici faktor ABŞ-ın mövqeyi olacaq. İsrail ABŞ-a təsir göstərməyə çalışacaq və atəşkəsə, ya qısa müddətdə sülhə nail olunmasına mane olmaq istəyə bilər. ABŞ və İsrailin başlanğıc mövqelərinin bir-birindən uzaqlaşdığı ilə bağlı qiymətləndirmələr artıb. Bu isə müharibənin daha da uzanması ilə nəticələnə bilər”.

Dəryanur Cəfərova

Xəbər Lenti