, 22 Mart, 2026
Tarix: 21 Mar 2026 22:32
İran ABŞ-a məxsus iki hərbi bazada anqar və yanacaq anbarlarını məhv etdiyini bildirib.
APA xəbər bu barədə SEPAH məlumat yayıb.
Məlumata görə, hücumlar 72-ci raket dalğası çərçivəsində həyata keçirilib və BƏƏ-də yerləşən Əl-Minhad bazası, həmçinin Küveytdəki Əli əl-Səlim aviabazası hədəf alınıb.
Zərbələr zamanı çoxsaylı ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə olunub.
SEPAH qeyd edib ki, bu bazalar son günlər İranın Fars körfəzindəki adalarına qarşı hücumlar üçün istifadə olunub.
İran ABŞ SEPAH hərbi baza