, 22 Mart, 2026
Tarix: 21 Mar 2026 23:31
İsrailin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İran Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı ABŞ bazasına 4000 km mənzilli ikipilləli ballistik raket buraxıb.
Bu barədə "Israelinfo" məlumat yayıb.
“Bu raketlər İsraili vurmaq üçün nəzərdə tutulmayıb. Onların uçuş məsafəsi Avropa paytaxtlarına çata bilər. Berlin, Paris və Roma birbaşa təhlükə altındadır”, – deyə Zamir bildirib.
O qeyd edib ki, son üç həftədə İrana endirilən zərbələr artıq sistemli nəticələr verməyə başlayıb.
“İran rejiminə vurduğumuz zərbələrin miqyası strateji, hərbi, iqtisadi və idarəetmə baxımından ciddi nəticələr doğurur. Rejim zəifləyib, daha həssas vəziyyətə düşüb və ciddi müdafiə imkanlarını itirib”, – deyə Baş Qərargah rəisi vurğulayıb.
Zamir əlavə edib ki, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək.
İsrail İran raket Zamir