İranın İsrailin Arad şəhərinə endirdiyi zərbə nəticəsində 60-dan çox şəxs yaralanıb - YENİLƏNİB

Tarix: 22 Mar 2026 02:43

İsrailin cənubundakı Arad şəhərinə raket hücumu nəticəsində ən azı 64 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Magen David Adom” təcili tibbi yardım xidməti məlumat yayıb.

“Xəstəxanalara 64 yaralı çatdırılıb, onlardan 7-nin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti orta ağır, 42 nəfərin isə yüngüldür”, – deyə açıqlamada bildirilib.

*** 01:17 İranın İsrailin cənubundakı Arad şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 30-dan çox insan yaralanıb.

Bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, yaralılar müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlərdən ikisinin vəziyyəti kritikdir.

israil iran

Xəbər Lenti