, 22 Mart, 2026
Tarix: 22 Mar 2026 13:26
Moskva-Bakı reysi ilə uçan Aeroflot şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib.
APA-nın Moskva bürosu xəbər verir ki, təyyarə səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb.
Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz yerə enib.
Xəsarət alan olmayıb.
Fərid Əkbərov