İsrail ordusu Livanda Hizbullah infrastrukturuna genişmiqyaslı zərbələrə başlayıb

Tarix: 22 Mar 2026 18:09

Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı “genişmiqyaslı zərbələr dalğası”na start verilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) bazar günü məlumat yayıb. IDF hədəf alınan infrastrukturun konkret növünü açıqlamayıb.

Bundan əvvəl İsrail ordusu Livanın cənubunda yerləşən Məcdəl Səlim kəndi yaxınlığında Hizbullahın “Radvan Qüvvələri”nin xüsusi təyinatlı bölməsinin komandiri Əbu Xəlil Bərjinin və daha iki silahlı şəxsin zərərsizləşdirildiyini bildirmişdi. Onun İsrail ordusuna qarşı hücumlara cavabdeh olduğu qeyd olunub.

IDF həmçinin Livanda HAMAS-ın yüksək vəzifəli bir nümayəndəsinin də öldürüldüyünü açıqlayıb.

İsrail IDF Hizbullah Livan HAMAS hərbi əməliyyatlar zərbələr Radvan Qüvvələri Yaxın Şərq münaqişə terror təhlükəsizlik

Xəbər Lenti