İstanbulda yaşayış binası uçub, dağıntıların altından bir nəfərin meyiti çıxarılıb - YENİLƏNİB-4

Tarix: 22 Mar 2026 19:47

Dağıntılar altında qalan bir nəfərin meyiti çıxarılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbulda uçan binalarla bağlı xilasetmə əməliyyatları zamanı dağıntılar altından çıxarılan 10 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

***

16:10

İstanbul valisi Davud Gül jurnalistlərə açıqlamasında yaşayış binalarının uçması ilə bağlı dağıntılar altından 9 nəfərin sağ çıxarıldığını deyib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, vali eyni zamanda 2 nəfərin axtarışlarının davam etdirildiyini bildirib.

***

14:38

İstanbulun Fatih rayonunda uçan yaşayış binasının dağıntıları altından 7 nəfəri xilas etmək mümkün olub.

Bu barədə APA-nın Türkiyə bürosu xəbər verir.

***

13:56

İstanbul valiliyi təbii qaz partlayışı nəticəsində iki binanın çökdüyünü bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, dağıntılar altından 5 nəfərin çıxarıldığı qeyd olunub.

*** 13:20

İstanbulun Fatih rayonunda yaşayış binası uçub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, çökən binada axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Bir nəfər yaralı xilas edilib. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Dəryanur Cəfərova

Xəbər Lenti