İran nüvə obyektlərinə dəyən zərərə görə kompensasiya tələb edib

Tarix: 22 Mar 2026 22:07

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili İranın nüvə obyektlərinə son hücumlar nəticəsində dəyən ziyanı kompensasiya etməyə çağırıb.

APA xəbər verir ki, Əraqçi bu barədə BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda danışıb.

Hücumları beynəlxalq hüququn açıq-aşkar pozulması kimi qiymətləndirən XİN rəhbəri şuradan dərhal tədbir görülməsini tələb edib.

İran Əraqçi nüvə ABŞ İsrail BMT

Xəbər Lenti