Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 23 Mar 2026 04:39
“Livan hökuməti münaqişənin həlli üçün İsraillə ikitərəfli danışıqlara başlamaq məqsədilə sülh təşəbbüsünə sadiqdir”.
APA xəbər verir ki, bunu "Al-Hadath" televiziyasına müsahibəsi zamanı Baş nazir Nəvaf Salam bildirib.
"Biz İsrail dövləti ilə danışıqlara qoyulan əvvəlki qadağanı aradan qaldırdıq və hazırda İsrail tərəfi ilə dialoq aparacaq milli nümayəndə heyətinin formalaşdırılması üzərində işləyirik", - o deyib.
Hökumət başçısı qarşıdan gələn görüşlərin gündəliyinin müzakirə olunduğunu əlavə edib.
Nəvaf Salam Livan İsrail danışıqlar