Bəhreyn və Küveytin hava məkanının bağlı qalma müddəti uzadılıb

Tarix: 23 Mar 2026 08:55

Bəhreyn və Küveyt hava məkanlarını ən azı daha 12 saat bağlı saxlayacaqlar.

APA xəbər verir ki, bu barədə Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidməti məlumat yayıb.

"Hava məkanının bağlanması Bəhreyn və Küveytin aviasiya idarələri tərəfindən ən azı daha 12 saat – yerli vaxtla saat 16:00-a qədər uzadılıb", - məlumatda deyilir.

Qeyd edək ki, bu ölkələr üzərindən mülki aviasiya uçuşları artıq 24 gündür dayandırılıb.

Xatırladaq ki, İran və İraqın hava məkanı da bağlıdır. Qətər gündə bir neçə saat uçuşlara icazə verir. BƏƏ və Suriyanın hava məkanı qismən açıqdır. İsraildə isə uçuşlar vaxtaşırı dayandırılır.

Bəhreyn Küveyt hava məkan

Xəbər Lenti