Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 23 Mar 2026 12:34
Cəmiyyətlərin və hər iki ölkənin hakimiyyət nümayəndələrinin ritorikasında bir-birinə qarşı aqressiya və düşmənçilik azalır.
“Armenpress” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq deyib.
“Bütün məsələlərin həll olunduğunu, heç bir problem olmadığını və Ermənistan ilə Azərbaycan arasında sülhün tamamilə problemsiz olduğunu demək — bu, həddindən artıq şişirtmədir. Nəhayət, uzun illər davam edən münaqişə olub, çox qan tökülüb və yaralar hələ də təzədir”, - nazir bildirib.
Lakin onun sözlərinə görə, hər iki dövlət arasında bir-birinə qarşı aqressiya və düşmənçilik getdikcə azalır.
İlqar Xudiyev Mirzoyan Azərbaycan-Ermənistan münasibətləri düşmənçilik və aqressiya