Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 23 Mar 2026 12:20
Türkiyə ilə münasibətlərimiz kifayət qədər dinamik, pozitiv və ümidverici dialoq şəklindədir.
“Armenpress” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında deyib.
“Ermənistan ilə Türkiyə arasındakı dialoq artıq kifayət qədər irəliləyib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması mümkün olsun. Biz bunu türk tərəfdaşlarımıza da bildiririk”, - Mirzoyan qeyd edib.
Ararat Mirzoyan iştirakçılara xatırladıb ki, İrəvan və Ankara arasında artıq aydın razılaşmalar mövcuddur və onların icrası hər iki ölkədə irəliləyir. “Hazırda tərəflər hətta iki ölkənin universitetlərində qarşılıqlı tələbələr üçün təqaüdlərin yaradılması imkanını müzakirə edirlər,” - deyə Mirzoyan bildirib.
İlqar Xudiyev Mirzoyan Türkiyə-Ermənistan münasibətləri