Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 23 Mar 2026 14:47
Rusiya ordusunun 17–20 mart tarixləri aralığında bir neçə istiqamətdə həyata keçirdiyi hücumlar uğursuzluğa uğrayıb, qarşı tərəfin itkiləri 6 mini keçib.
“RBK-Ukraine” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat yayıb.
Sırski bildirib ki, bu dörd gün ərzində Rusiya tərəfi 619 hücum əməliyyatı həyata keçirib, lakin 6090-dan çox əsgəri öldürülüb və ya yaralanıb. Həftə ərzində ümumi itkilər isə təxminən 8710 nəfər təşkil edib.
Baş komandan vurğulayıb ki, Rusiya ordusu Ukrayna qoşunlarının müdafiə xəttini bir neçə strateji istiqamətdə yarmağa çalışıb, amma sərt müqavimətlə qarşılaşıb.
İlqar Xudiyev Sırski Rusiya ordusunun itkiləri Ukrayna