Paşinyan Putinə zəng edib

Tarix: 23 Mar 2026 16:48

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Rusiya ilə Ermənistan arasında münasibətlərin inkişafını, o cümlədən ticarət, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər.

Fərid Əkbərov Putin Paşinyan Rusiya Ermənistan

Xəbər Lenti