ABŞ Prezidenti: İran razılığa nail olmaq istəyini nümayiş etdirir, bu gün telefonla danışacağıq

Tarix: 23 Mar 2026 18:03

“Bizim razılaşdığımız əsas məqamlar var və hər iki tərəf razılaşma əldə etmək istəyir. Bu gün, ehtimal ki, telefonla danışacağıq”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O, tezliklə görüşün də baş tutacağına ümid etdiyini bildirib: “İran razılıqa nail olmaq istəyini nümayiş etdirib. Qarşı tərəfdə mənim fikrimcə ən çox hörmət edilən və lider olan bir şəxslə işləyirik".

Tramp əmin edib ki, İranla əsas ortaq məqamlar və razılaşma nöqtələri mövcuddur.

Xəbər Lenti