Xatəm-əl Ənbiya Mərkəzi Qərargahı: İran Fars körfəzi regionunda təşəbbüsü öz əlində saxlayır

Tarix: 23 Mar 2026 22:36

İran tam gücü ilə Fars körfəzi regionunda təşəbbüsü öz əlində saxlayır.

"Mehr" xəbər verir ki, bu barədə Xatəm-əl Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari bildirib.

Onun sözlərinə görə, İran "Hörmüz boğazını çox ağıllı və güclü şəkildə nəzarətdə saxlayır".

"Buna görə də kifayət qədər üstünlük və gücə malik olduğumuz üçün Fars körfəzində mina yerləşdirməyə ehtiyac yoxdur və zərurət yaranarsa, təhlükəsizliyi təmin etmək üçün hər cür imkandan istifadə edəcəyik", - Zülfiqari qeyd edib.

İran fars körfəzi

Xəbər Lenti