Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 24 Mar 2026 00:31
ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna mümkün zərbələri beş gün təxirə salıb. Məqsəd həm enerji, həm də maliyyə bazarlarını sakitləşdirməkdir.
Bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp bu qərarı ABŞ müttəfiqlərinin xəbərdarlıqlarından sonra və Fars körfəzi ölkələrinin çağırışlarını nəzərə alaraq verib.
Bildirilib ki, Vaşinqton və Tehran son iki gündə hərbi əməliyyatlara son qoymaq üçün “çox məhsuldar danışıqlar” aparıb və məsləhətləşmələr həftə ərzində davam edəcək. Buna cavab olaraq ABŞ Prezidenti mümkün zərbələrin beş gün təxirə salınmasını əmr edib.
İranın “Tasnim” agentliyi qeyd edib ki, Tehran Vaşinqtonla münaqişəyə son qoymaq üçün danışıqlar aparmır.
abş iran