Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 24 Mar 2026 02:22
SEPAH Dimona, Eylat və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini bildirib.
APA xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumlar gecə saatlarında həyata keçirilən 78-ci raket dalğası çərçivəsində baş tutub.
“Dimonada, Eylatda və regiondakı bəzi ABŞ hərbi bazalarında yerləşən hədəflər çoxsaylı raketlər və pilotsuz uçuş aparatları ilə dəqiq vurulub”, – deyə açıqlamada bildirilib.
Hücum zamanı hansı konkret obyektlərin hədəf alındığı açıqlanmayıb.
İran SEPAH İsrail raket zərbəsi