- Cümə, 10 Yanvar, 2025
Tarix: 04.03.2024 15:03
Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda yük daşınması 487 min ton olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.
Bu barədə "APA-Economics"ə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2024-cü ilin yanvar ayında 8 milyon 713 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə bu 0,4 faiz çoxdur.
"Həmçinin, yanvar ayında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 101 milyon 220 min 300 manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur", - məlumatda qeyd olunur.