- Cümə, 10 Yanvar, 2025
Tarix: 04.03.2024 16:57
Avropa İttifaqı ölkələrinin energetika nazirləri qaz istehlakının könüllü şəkildə azaldılması tələbinin bir il (31 mart 2025-ci il tarixinədək) uzadılmasını dəstəkləyiblər.
Bu barədə “APA-Economics” Avropa Şurasının məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, Aİ-nin enerji nazirləri qaz istehlakının könüllü şəkildə azaldılması tələbinin 2017-ci ilin aprelindən 2022-ci ilin martına qədər (1 aprel 2017-ci il - 31 mart 2022-ci il tarixləri əhatə edir - red.) olan dövr üçün orta göstərici ilə müqayisədə 15% azaldılmasını dəstəkləyib.