Cümə axşamı, 14 May, 2026
Tarix: 14 Nov 2023 17:49
Ağdamda əkin sahəsinə baxış zamanı daha bir qəbir aşkarlanıb.
Ağdam rayonu İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Quliyev APA-ya bildirib ki, hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar nəticəsində daha bir qəbirdə insan skeletinin qalıqları üzə çıxıb.
Hazırda ərazidə şumlama işləri dayandırılıb.
Qeyd edək ki, sözügedən ərazidə indiyədək qədim yaşayış məntəqəsinin olması barədə heç bir fakt qeydə alınmayıb.
***
15.19
Ağdamda əkin sahəsində qəbir aşkarlanıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonun Mirəşelli kəndində, kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən böyük daş parçası çıxıb və sahədə məzar olduğu məlum olub.
Ağdam rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Quliyev APA-ya açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları əraziyə baxış keçirib.
Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid antik qəbirdir. Qəbrin uzunluğu 1.90 metr, eni 0.60 metrdir.






