, 25 Yanvar, 2026
Tarix: 06 Mar 2024 01:30
Sosial şəbəkələrə kütləvi hücumlar ABŞ-dəki ilkin seçkilərlə əlaqəli deyil.
APA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jean-Pierre məlumat verib.
O bildrib ki, bu hadisədə kiber fəaliyyətə dair heç bir sübut yoxdur.
Ağ Evin sözçüsü vurğulayıb ki, konkret kiberhücumlar və ya onların hazırkı seçkilərlə əlaqəsi barədə məlumat yoxdur.
Super Çərşənbə axşamı Amerikanın 15 ştatında və ABŞ-ın xarici ərazisi statusuna malik Amerika Samoasında eyni vaxtda praymerizlərin keçirilməsi ilə xarakterizə olunur.