, 25 Yanvar, 2026
Tarix: 06 Mar 2024 06:02
Çinin Qazaxıstan-Qırğızıstan sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Çinin Aksu qraflığından 133 kilometr qərbdə və Almatıdan 260 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı Yerin 10 kilometr dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.