Rusiyada İES-də partlayış olub, 16 nəfər yaralanıb

Tarix: 06 Mar 2024 07:55

Rusiya Federasiyasının Tuva Respublikasında istilik elektirik stansiyasında (İES) partlayış olub.

APA xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Uluq-Xem rayonundakı Şagoran İES-də baş vermiş partlayış nəticəsində 16 nəfər xəsarət alıb.

Hadisə zamanı ərazidə 23 nəfər olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti