Meksikada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Tarix: 07 Mar 2024 04:08

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter Meksika körfəzində qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Hadisə nəticədə 3 nəfər ölüb, 2 nəfər itkin düşüb.

"Hava gəmisində olan səkkiz nəfərdən üçü xilas edilərək xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.

Onların vəziyyətinin stabil olduğu qeyd edilir.

İtkin düşənlərin axtarışı davam edir.

Xəbər Lenti